Avropa Komissiyası İsveçə Aİ-nin Bərpa və Davamlılıq Fondundan (RRF) 333 milyon avro (təxminən 3,7 milyard İsveç kronu) məbləğində sonuncu tranzın ayrılmasını rəsmən təsdiqləyib. Ayrılan bu vəsait ölkədə yaşıl keçid layihələrinə, sənayenin karbonsuzlaşdırılmasına, eləcə də əmək və mənzil bazarlarını dəstəkləyən struktur islahatlarına yönəldiləcək.
İsveç milli bərpa planı çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri tam icra edərək fonddan ayrılan 38 milyard kronluq (yaklaşık 3,3 milyard avro) qrant paketinin tamamını mənimsəyən ilk Aİ ölkələrindən biri olub. Ümumi həcmi 6500 milyard İsveç kronundan çox olan bu qlobal post-pandemiya dəstək fondu Aİ ölkələrinin birgə borclanması hesabına formalaşdırılıb və məqsədi ittifaq üzvlərinin iqtisadi dayanlığını artırmaqdır.
İzmedia.az
![]()

