Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Məclisi (Xalq Skupştina) buraxaraq 2026-cı il oktyabrın 25-nə növbədənkənar parlament seçkiləri təyin edib. “N1” telekanalının verdiyi məlumata görə, dövlət başçısı bu addımı cəmiyyətdəki gərginlik və siyasi fikir ayrılıqları ilə əsaslandırıb. Vuçiç bildirib ki, seçkilərin təxirə salınması ölkədəki demokratik institutların sabitliyinə və gözlənilən EXPO sərgisinin keçirilməsinə təhlükə yarada bilər.
Sentyabrın 7-də Baş nazir Cunc Matsutun parlamentin buraxılması ilə bağlı təklifi hökumət tərəfindən bəyənilib və prezidentə qərar üçün 72 saat vaxt verilib. Seçkilərin oktyabrın 25-də tutması üçün qərarın sentyabrın 10-dan gec olmayaraq imzalanması tələb olunurdu.
Qeyd edək ki, serbiyalı tələbələr bir ildən çoxdur ki, ölkədə növbədənkənar parlament seçkilərinin təşkilini tələb edirdilər.
İzmedia.az
![]()

