Sentyabrın 9-da, saat 11:13-də Ermənistan Daxili İşlər Nazirliyinin “112” əməliyyat idarəetmə mərkəzinə Yerevandakı Tbilisi şossesində bir qartalın qovaq ağacının budaqlarına ilişməsi barədə məlumat daxil olub.
Hadisə yerinə Yerevan Şəhər Xilasetmə İdarəsinin yanğınsöndürmə-xilasetmə dəstəsinin bir döyüş heyəti və xüsusi nərdivanlı avtomobili cəlb olunub. Xilasedicilər quşu budaqların arasından çıxararaq təhlükəsiz şəkildə dəstəyə gətiriblər. Qartal daha sonra “Hrant Ark” Fonduna təhvil verilib.
İzmedia.az
![]()

