İsrailin Baş naziri Binyamin Netanyahu “Haaretz” qəzetinə qarşı böhtan iddiası ilə məhkəmə davası açmaq barədə vəkillərinə tapşırıq verib. Buna nəşrdə yer alan və BƏƏ prezidentinin 7 oktyabr 2023-cü il hücumundan əvvəl Netanyahunu HƏMAS-ın planları barədə xəbərdar etdiyi iddia olunan məqalə səbəb olub.
Netanyahu “X” hesabındakı bəyanatında iddiaları tamamilə yalan adlandıraraq bildirib ki, 2023-cü ilin sentyabr ayının başlanğıcından 7 oktyabr tarixədək BƏƏ lideri ilə heç bir danışığı olmayıb. O, məqaləni solçuların seçki kampaniyasının bir hissəsi adlandırıb.
Qeyd edək ki, “Haaretz” jurnalistlər Şlomi Eldar və Rut Yuvalın kitabına istinadən BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın 2023-cü ilin sentyabrında telefon danışığı zamanı Netanyahunu Yəhya Sinvarın hazırladığı əməliyyat barədə xəbərdar etdiyini, lakin Baş nazirin bu məlumatı kəşfiyyat orqanlarına ötürmədiyini iddia edib.
Paralel olaraq, “Galey Tzahal” radiostansiyası İsrail kəşfiyyatının hücumdan öncə Misirdən də Qəzza zolağı ilə bağlı xəbərdarlıq aldığını, lakin təfərrüatların açıqlanmadığını bildirib.
İzmedia.az
![]()

