“Stellantis” holdinqinə daxil olan Amerikanın “Chrysler” şirkəti ABŞ-da təxminən 202 min “Jeep” markalı avtomobili geri çağırmağa başlayıb.
ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, buna təkər təzyiqinin monitorinq sistemindəki proqram təminatı nasazlığı səbəb olub. Nasazlıq təzyiq düşdükdə xəbərdarlıq siqnalının vaxtında verilməsinə mane olur ki, bu da qəza riskini artırır.
Qərar “Grand Cherokee”, “Grand Cherokee 4XE”, “Grand Wagoneer” və “Grand Wagoneer L PHEV” modellərinin müəyyən buraxılışlarına şamil edilir. Problem dilerlər tərəfindən proqram təminatının ödənişsiz yenilənməsi ilə aradan qaldırılacaq.
İzmedia.az
![]()

