CNN-in məlumatına görə, Vaşinqton və Tehran arasında çərçivə sazişinin elan edilməsindən sonra İran iki aydan sonra ilk dəfə xam neft ixracına başlayıb.
Məlumata əsasən, saziş ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasını da nəzərdə tutur.
TankerTrackers.com bildirib ki, İran tankerləri artıq iki partiya nefti ixrac edib. Peyk görüntüləri ilə təsdiqlənən məlumata görə, National Iranian Tanker Company-yə məxsus, ümumilikdə 3,8 milyon barel xam neft daşıyan azı iki supertanker ABŞ-ın dəniz blokadası xəttini keçib.
Donald Trump daha əvvəl Hörmüz boğazının memorandum çərçivəsində yenidən açıldığını bildirsə də, sonradan bunun İsveçrədə sənədin rəsmi imzalanmasından sonra baş verəcəyini açıqlayıb.
İzmedia.az
![]()

