Böyük Britaniyada diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu (ADHD) səbəbindən işçilərin xəstəlik məzuniyyətinə çıxması halları geniş vüsət alıb. “Daily Mail” nəşrinin məlumatına görə, bu təcrübə hökumətin xüsusi müşaviri Alan Milburn tərəfindən kəskin tənqid olunub və mövcud sistem “dəlilik” adlandırılıb.
“NHS England” idarəsinin statistikasına görə, İngiltərədə hər il verilən 11 milyona yaxın əmək qabiliyyətinin itirilməsi arayışının böyük hissəsini psixi sağlamlıq problemləri təşkil edir. Təkcə 2025-ci ildə həkimlər bu səbəbdən 1 milyona yaxın sertifikat veriblər.
Milburn vurğulayır ki, ADHD kimi neyroinkişaf pozğunluqları avtomatik olaraq iş qabiliyyətinin itirilməsi kimi qiymətləndirilməməlidir. Mütəxəssisin sözlərinə görə, xəstəlik və əlillik müavinəti almağa başlayanların təxminən yarısı sistemdə 15 ilə yaxın qalır. Bu isə gəncləri uzun müddət əmək bazarından kənarlaşdırmaqla yanaşı, həm dövlət büdcəsinə böyük maliyyə yükü yaradır, həm də vətəndaşların karyera imkanlarını məhdudlaşdırır.
İzmedia.az
![]()

