Polşa və ABŞ hərbi idarələri Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Varşavaya 4 milyard dollar həcmində yeni kredit zəmanətinin verilməsinə dair saziş imzalayıblar.
Polşa Müdafiə Nazirliyinin məlumatına görə, təntənəli imzalanma mərasimində Baş nazirin müavini Vladislav Kosiniak-Kamış, Maliyyə naziri Ancey Domanski, Polşa Milli Bankının rəhbərliyi və ABŞ Dövlət Katibinin köməkçisi Tomas DiNano iştirak ediblər. Kosiniak-Kamış vurğulayıb ki, bu, ABŞ silahlarının alınması üçün təmin edilən sayca altıncı kredit müqaviləsidir.
Amerikalı diplomat Tomas DiNanonun sözlərinə görə, bu son sazişlə Vaşinqtonun Varşavaya ayırdığı ümumi hərbi kreditlərin həcmi 20 milyard dollara çatıb.
Polşanın əsas müdafiə tərəfdaşı olan ABŞ bu ölkəyə “F-35” qırıcıları, 96 ədəd “AH-64 Apache” hücum helikopterləri, “Abrams” tankları, aviasiya raketləri və “Patriot” hava hücumundan müdafiə sistemləri tədarük edir.
İzmedia.az
![]()

