Şimali Koreya əsgərləri hərbi demarkasiya xəttini 20-dən çox dəfə keçib

1 Min Read
Şimali Koreya hərbçiləri son bir ay ərzində Cənubi Koreya ilə hərbi demarkasiya xəttini 20 dəfədən çox keçiblər. “Yonhap” agentliyinin Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən verdiyi məlumata görə, 2025-ci ilin əvvəlindən bəri bu qəbil hadisələrin ümumi sayı 17 olub. Cənubi Koreya tərəfi bu keçidlərin qəsdən edilmədiyini bildirib.
KXDR ordusu 2024-cü ildən bəri sərhəd zonasında istehkam işləri aparır, o cümlədən baryerlərin qurulması, minaların basdırılması, ərazinin təmizlənməsi və patrul xidmətinin gücləndirilməsi kimi fəaliyyətlər həyata keçirir.
Cənubi Koreya Hərbi Qərargahının nümayəndəsi bildirib ki, cari ildə əvvəllər araşdırılmamış ərazilərdə işlər aparıldığı üçün sərhəd pozuntuları qeydə alınıb. Seul Şimali Koreya ordusunun bu hərəkətlərini xüsusi bir hərbi əməliyyat və ya təxribat kimi qiymətləndirmir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş