Litva Seymi qış sesiyasında ölkə Konstitusiyasına dəyişiklik edərək əsas qanundan kütləvi qırğın silahlarının və xarici hərbi bazaların yerləşdirilməsini qadağan edən müddəanı çıxarmağı planlaşdırır. Dəyişikliyin səsvermə prosesini tamamlayaraq gələn ilin əvvəlinə qədər qüvvəyə minəcəyi gözlənilir.
Hazırda Litva Konstitusiyasının 137-ci maddəsi respublika ərazisində kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahlarının və xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsini qəti şəkildə qadağan edir. Bu müddəa NATO-nun kollektiv müdafiə ehtiyaclarından və ya mövcud təhlükəsizlik risklərindən asılı olmayaraq mütləq hüquqi məhdudiyyət yaradır.
Litva Parlamentinin Sədri Yuozas Olyakas (Juozas Olekas) bildirib ki, 137-ci maddə mövcud geosiyasi reallıqlara cavab vermir. Onun sözlərinə görə, hazırkı şəraitdə dövlətin əsas prioriteti sülhü və təhlükəsizliyi qorumaqdır, bunun üçün isə maksimal effektivliyə malik çəkindirmə mexanizmləri, o cümlədən NATO-nun nüvə çətiri və müttəfiq bazalarının ölkədə maneəsiz yerləşdirilməsi hüquqi baxımdan təmin edilməlidir.
İzmedia.az
![]()

