BƏƏ hücumlardan qorunmaq üçün yeraltı data mərkəzləri tikməyi planlaşdırır

1 Min Read
Yaxın Şərqdə kəskinləşən hərbi münaqişə fonunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) strateji rəqəmsal infrastrukturu qorumaq üçün yeraltı məlumat mərkəzlərinin tikintisi imkanlarını dəyərləndirir. “The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, rəsmilər hesablama komplekslərini yeraltına köçürməklə yanaşı, obyektlərin yaxınlığında anti-dron müdafiə sistemlərinin quraşdırılması ideyasını da irəli sürüblər.
Bu addım cari ilin mart ayında BƏƏ-də yerləşən “Amazon” bulud data mərkəzlərindən birinin hərbi zərbə nəticəsində sıradan çıxmasından sonra gündəmə gəlib. “Amazon Web Services” həmçinin Bəhreyndəki infrastrukturuna da ziyan dəydiyini açıqlamışdı. Mütəxəssislər yeraltı komplekslərin tikintisinin onsuz da yüksək olan xərcləri daha da artıracağını bildirirlər.
Nəşr qeyd edir ki, BƏƏ-də data suverenliyi ilə bağlı sərt qanunlar mövcud olsa da, “Amazon” zərər görmüş obyektləri bərpa edənədək hakimiyyət bəzi təşkilatlara məlumatlarını müvəqqəti olaraq ölkə xaricinə daşımağa istisna olaraq icazə verib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş