Baltik dənizində insident: Rusiya freqatı Danimarka helikopterinə alovlu patronlar atıb

1 Min Read
Baltik dənizində, Gedser adası yaxınlığındakı beynəlxalq sularda Rusiya Hərbi Dəniz Qüvvələrinə ait freqat Danimarka Hərbi Hava Qüvvələrinin “Fennec” tipli helikopterinə iki alovlu señal patronu (flare) atıb.
Danimarka Müdafiə Komandanlığının məlumatına görə, hadisə helikopter Rusiya gəmisini müşahidə edərək fotosessiya həyata keçirən zaman baş verib. Atılan alovlu patronlardan biri birbaşa açıq qapı ilə uçuş həyata keçirən helikopterin yaxınlığından keçib. Danimarka Hərbi Hava Qüvvələrinin komandanı Yan Dam və hərbi analitiklər bu addımın uçuş təhlükəsizliyinə ciddi təhdid yaratdığını və hərbçilərin həyatını riskeyə atdığını bildiriblər.
Danimarkanın Baş naziri Mette Frederiksen baş verənləri Rusiyanın NATO-ya qarşı artan təxribat xarakterli və təhlükəli addımlarının tərkib hissəsi kimi qiymətləndirib. Danimarka Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbini nazirliyə çağırıb. Xarici işlər naziri Lars Lökke Rasmussen Rusiyanın bu addımını “tamamilə qəbuledilməz” adlandırıb.
Analoji təxribat hadisələri daha əvvəl Lamanş boğazında da qeydə alınıb. Həmin vaxt Rusiyanın “Admiral Qriqoroviç” freqatı Britaniyanın özəl yelkənli gəmisi yaxınlığında alovlu xəbərdarlıq atəşi açmışdı.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş