İran ABŞ ilə münaqişənin diplomatik həllinə tərəfdardır: Əraqçi Pekində Vanq Yi ilə görüşüb

1 Min Read
İran ABŞ ilə davam edən hərbi münaqişənin diplomatik yolla tənzimlənməsi prosesinə qayıtmağın tərəfdarıdır və iki ölkə arasında əvvəllər əldə olunmuş İslamabad Memorandumunu hələ də qüvvədə hesab edir. Bu bəyanatla İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi sentyabrın 16-da Pekində Çinin xarici işlər naziri Vanq Yi ilə keçirdiyi rəsmi görüşdə çıxış edib.
Çin Mərkəzi Xalq Radiosunun (CNR) məlumatına görə, Əraqçi Tehranın mövqeyini belə ifadə edib: “İran münaqişənin daha da kəskinləşməsində maraqlı deyil və diplomatik həll yoluna qayıtmağı gözləyir. İran tərəfi hesab edir ki, ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumu öz hüquqi qüvvəsini saxlayır.”
Pekinin sülh təşəbbüslərinə dəstək
Eyni zamanda, diplomat Tehranın öz milli maraqlarını və suveren hüquqlarını qətiyyətlə qorumaq ezmində olduğunu vurğulayıb. Əraqçi Çin Xalq Respublikasının Sədri Si Cinpinin Yaxın Şərqdə sülhün, təhlükəsizliyin və sabitliyin bərpa olunmasına yönəlmiş təşəbbüslərini dəstəklədiyini bəyan edib.
İranın XİN rəhbəri regional təhlükəsizliyin təmin edilməsində Pekinin mühüm rol oynadığını diqqətə çatdıraraq, bu istiqamətdə Çin ilə ikitərəfli əməkdaşlığı və məsləhətləşmələri daha da dərinləşdirməyə hazır olduqlarını bildirib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş