Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Beynəlxalq Gənclər Festivalı çərçivəsində təşkil edilən “Dünyanın Yeni Memarlığı” mövzusundakı sessiyada İrəvanın Avropaya inteqrasiya kursu ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib. Rusiya XİN rəhbəri bildirib ki, Moskva Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması prosesini Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində təqdim olunan güzəştlər hesabına subsidiyalaşdırmaq istəmir.
S.Lavrov İrəvanın hüquqi müstəvidə atdığı addımlara toxunaraq mövqeyini belə ifadə edib:
“Əgər Avropa standartlarının Ermənistan qanunvericiliyinə və normativ təcrübəsinə tətbiqi prosesi artıq başlayıbsa, onda Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyində aldığı böyük imtiyazlar hesabına Avropa Birliyinə üzvlük və ya üzvlüyə hazırlıq üçün pul ödəmək istəməzdi.”
Putin və Paşinyan Bişkekdə ikitərəfli görüş keçirəcəklər
Rusiya xarici işlər naziri əlavə edib ki, bu mühüm iqtisadi və siyasi məsələlər ən yüksək səviyyədə müzakirə mövzusu olacaq. S.Lavrovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabr ayında Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində ayrıca ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər. Danışıqlar zamanı respublikanın AİB-ə üzvlüyü və Avropaya inteqrasiya addımlarının yaratdığı ziddiyyətlər ətraflı nəzərdən keçiriləcək.
İzmedia.az
![]()

