İsveçdə keçirilən parlament seçkilərində müxalifətin qələbəsindən sonra Baş nazir Ulf Kristersson istefa verdiyini bəyan edib. O, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək, Parlament Spikerinə rəsmi məktub ünvanladığını bildirib.
“Reuters” agentliyinin məlumatına görə, sentyabrın 13-də baş tutan seçkilərdə Mərkəz-sol alyansı parlamentdəki 349 yerdən 176-sını, hakim mühafizəkar koalisiya isə 173-ünü qazanıb. Qələbə qazanan bloka Sosial Demokrat Leyborist, Sol, Yaşıllar və Mərkəz partiyaları daxildir.
Bütün səslərin sayılması başa çatsa da, yekun nəticələrin yaxın günlərdə rəsmən təsdiqlənməsi gözlənilir. Səsvermənin nəticələri ölkədə hökumət dəyişikliyinə yol açır. Dörd illik müxalifət dövründən sonra Sosial Demokrat Partiyasının lideri Maqdalena Anderssonun yenidən Baş nazir postuna qayıdacağı gözlənilir.
İzmedia.az
![]()

