HƏMAS nümayəndə heyəti parlament seçkiləri də daxil olmaqla, son siyasi prosesləri müzakirə etmək üçün Qahirədə Fələstin qruplaşmalarının nümayəndələri ilə bir sıra görüşlər keçirib.
HƏMAS-ın “Telegram” kanalında yayımlanan bəyanata görə, nümayəndə heyətinə tərəfın Milli Əlaqələr Ofisinin rəhbəri və siyasi büro üzvü Hüssam Bədran rəhbərlik edib.
Müzakirələrdə Fələstin İslam Cihadı və digər altı fraksiyanın təmsilçiləri iştirak ediblər. Qahirə görüşlərində Fələstin məsələsindəki son vəziyyət, xüsusən də Qanunvericilik Şurası və Milli Şuraya keçiriləcək seçkilər, həmçinin milli birliyin möhkəmləndirilməsi yolları diqqət mərkəzində olub.
Tərəflər işğal, məskunlaşma, yəhudiləşdirmə, köçkünlük və ilhaq siyasətinə qarşı mübarizə aparmaq, Qəzza zolağına tətbiq edilən mühasirəyə son qoymaq və Fələstin xalqının müqavimətini gücləndirmək məqsədilə vahid milli strategiya üzərində işləmək barədə razılığa gəliblər.
İzmedia.az
![]()

