BFMTV telekanalının verdiyi məlumata görə, Fransada yanacaq qiymətlərinin kəskin artması fonunda bəzi avtomobil sahibləri dizel yanacağına alternatv olaraq raps (rapsiya) yağından istifadə etməyə başlayıblar.
Hazırda Fransada raps yağının bir litri 1,53 avroya təklif olunur ki, bu da standart dizel yanacağından təxminən 1 avro ucuzdur. Sosial şəbəkələrdə gənclərin nəqliyyat vasitələrinin yanacaq çəninə bitki yağı tökməsini əks etdirən videolar artıq 1 milyondan çox baxış toplayaraq geniş rezonans doğurub.
Lakin mütəxəssislər və sürücülərin böyük əksəriyyəti bu üsuldan çəkinirlər. Əsas səbəb bitki yağının mühərriki, xüsusilə də yanacaq pürskürmə sistemini sıradan çıxarma riskinin yüksək olmasıdır. Bundan əlavə, ölkə qanunvericiliyinə əsasən, standartlara cavab verməyən yanacaqdan istifadəyə görə 200 avro məbləğində cərimə nəzərdə tutulur.
Sentyabrın 20-də Fransada dizel yanacağının qiyməti rekord həddə çataraq litri 2,41 avro təşkil edib. Energetika üzrə nazir-nümayəndə və hökumətin rəsmi sözçüsü Mod Brejon LCI telekanalının efirində bildirib ki, yaranmış vəziyyətlə bağlı hökumət işə avtomobillə gedib-gələn vətəndaşlar üçün əlavə maliyyə dəstəyi proqramı hazırlayır.
İzmedia.az
![]()

