Hindistanın poytaxtı Nyu-Dehlidə keçirilən 18-ci BRICS Zirvə Görüşü çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş baş tutub. Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər siyasi, iqtisadi, müdafiə, energetika, kosmos və kadr mübadiləsi sahələrində əməkdaşlığın gedişatını müzakirə ediblər.
Liderlər 9-11 sentyabr 2026-cı il tarixlərində Hindistanda ilk dəfə təşkil edilən “INNOPROM India” Rusiya Beynəlxalq Sənaye Sərgisini yüksək qiymətləndirərək, bu tədbirin ticarət və sənaye əlaqələrinin dərinləşməsinə töhfə verəcəyini bildiriblər. Görüşdə, həmçinin Hindistanın BRICS-ə sədrliyi çərçivəsində çoxşaxəli əməkdaşlıq, Qərbi Asiya və Qara dəniz regionlarındakı münaqışələrin dəniz ticarətinə və gəmiçilərin təhlükəsizliyinə təsirləri nəzərdən keçirilib. Modi problemlərin həllində dialoq və diplomatiyanın vacibliyini bir daha vurğulayıb.
Görüşün yekununda Vladimir Putin Narendra Modini 24-cü illik Hindistan-Rusiya Sammitində iştirak etmək üçün Rusiyaya rəsmi səfərə dəvət edib. Hindistan Baş naziri dəvəti qəbul edib, səfərin dəqiq tarixlərinin diplomatik kanallarla dəqiqləşdiriləcəyi bildirilib.
İzmedia.az
![]()

