İrlandiyanın DPC qurumu Google-ı 403 milyon avro cərimələyib

1 Min Read
İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) istifadəçilərin yer məlumatlarının emalı qaydalarını pozduğuna görə Google şirkətinə 403 milyon avro məbləğində cərimə tətbiq edib. Bu barədə İrlandiyanın RTE televiziya kanalı məlumat yayıb.
Məlumatların mühafizəsi üzrə qanunvericiliyə əsasən, bu cür fərdi məlumatlar qanuni, ədalətli və şəffaf şəkildə işlənməlidir. Komissiyanın apardığı araşdırma zamanı Google tərəfindən bir sıra ciddi pozuntular aşkar edilib. Xüsusilə, istifadəçilərin yer məlumatlarının reklamların göstərilməsi və ya onların maraqlarının müəyyən edilməsi məqsədilə istifadə olunmasından xəbərsiz qala biləcəyi və bununla da öz şəxsi məlumatlarına nəzarəti itirdikləri bildirilib.
DPC bu istintaqa 2020-ci ilin fevral ayında Avropanın bir sıra istehlakçı hüquqlarını müdafiə təşkilatlarından Google-ın müəyyən xidmət və məhsullarında yer məlumatlarını emal etməsi ilə bağlı daxil olan şikayətlər əsasında başlayıb.
Qərarın nəticəsi olaraq İrlandiya tənzimləyici qurumu ümumilikdə 403 milyon avro cərimə tətbiq edib və Google şirkətinə altı ay ərzində məlumatların emalı sistemini müəyyən edilmiş hüquqi tələblərə uyğunlaşdırmağı tapşırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş