Fransa Prezidenti Emmanuel Makron Parisin Yaxın Şərqdəki mühüm infrastruktur obyektlərini qorumaq və Hörmüz boğazında naviqasiya azadlığını bərpa etmək üçün Vaşinqtonla birgə addımlar atmağa hazır olduğunu bəyan edib.
Ölkə rəhbəri bu barədə Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra “X” sosial şəbəkə hesabında paylaşım edib. “Enerji bazarlarında sabitliyi təmin etmək üçün birlikdə fəaliyyət göstərmək qərarına gəldik. Bunun üçün Yaxın Şərqdə strateji infrastrukturu qorumalı və Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin etməliyik”, – deyə Makron qeyd edib.
Fransa dövlət başçısı sözügedən təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün hansı konkret mexanizmlərdən istifadə olunacağını açıqlamayub.
İzmedia.az
![]()

