Aİ ilə Çin arasında ticarət kəsiri rekord həddə çatıb – günə 1 milyard avrodan çox

1 Min Read
“The Guardian” nəşrinin Mercator Çin Araşdırmaları İnstitutuna (Merics) istinadən verdiyi məlumata görə, Avropa İttifaqı ilə Çin arasında ticarət disbalansı kəskin dərinləşib. İyul ayında Aİ-nin Çinə ixrac etdiyi hər 1 avroluq məhsula qarşılıq Çindən 3,10 avro dəyərində mal idxal olunub və günlük ticarət kəsiri 1,18 milyard avronu keçib.
Məlumatlara əsasən, 2026-cı ilin ilk yeddi ayında Aİ-nin Çinlə ticarət kəsiri 234 milyard avroya çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 milyard avro çoxdur. Ekspertlər bildirirlər ki, problem yalnız Avropanın daha çox Çin malı alması deyil, eyni zamanda Pekinin Avropa məhsullarının alışını azaltmasıdır. Xüsusilə elektrik avtomobillərinə tətbiq edilən tariflərdən kənarda qalan hibrid avtomobillərin Çindən Aİ-yə idxalı kəskin artaraq ayda 50 min ədədə çatıb.
Yaranmış vəziyyət fonunda Brüssel Çindən gələn hibrid avtomobillər və müəyyən kimyəvi maddələrə idxal kvotalarının tətbiqini müzakirə edir. Ticarət disbalansı məsələsinin Aİ və ABŞ liderlərinin Pekinlə planlaşdırılan yüksək səviyyəli danışıqlarında əsas mövzulardan biri olacağı gözlənilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş