Reuters: FTB İranın ABŞ-dəkı hədəflərə təhdidi barədə xəbərdarlıq edib

1 Min Read

Reuters agentliyinin məlumatına görə, ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) ötən ay ştat və yerli hüquq-mühafizə orqanlarını İran hökumətinin ABŞ-dakı hədəflərə artan təhdidi barədə xəbərdar edib.

Məlumata əsasən, 20 mart tarixli kəşfiyyat hesabatında İranın ABŞ hərbi və hökumət personalı, obyektləri, həmçinin yəhudi və İsrail qurumları və ABŞ-da yaşayan İran dissidentləri üçün “davamlı təhlükə” yaratdığı qeyd olunub.

Hesabatda bildirilib ki, bu xəbərdarlıqlara baxmayaraq, FTB və Milli Terrorla Mübarizə Mərkəzi ABŞ üçün hazırda ciddi təhdid müəyyən etməyib.

Eyni zamanda qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp İranın ABŞ ərazisinə hücum ehtimalının az olduğunu bildirib və bu istiqamətdə narahatlıq ifadə etməyib.

20 mart tarixli “İctimai Təhlükəsizlik Məlumatlılığı Hesabatı” Ağ Evin oxşar kəşfiyyat məlumatının yayılmasının qarşısını aldığı barədə xəbərlərdən sonra ictimaiyyətə təqdim olunub.

Ağ Ev isə bu cür məlumatların açıqlanmadan əvvəl düzgün yoxlanıldığını bəyan edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş