Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və Pakistan XİN rəhbərləri Nyu-Yorkda bir araya gəlib

1 Min Read
“Reuters” agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və Pakistanın xarici işlər nazirləri Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində dördtərəfli görüş keçiriblər. Bu, dörd ölkə xarici işlər nazirlərinin sayca altıncı görüşü olub.
Nazirlər qəbul etdikləri birgə bəyanatda Səudiyyə Ərəbistanına qarşı husilərin son hücumlarını qətiyyətlə pisləyib, Krallığın suverenliyini, ərazi bütövlüyünü və özünümüdafiə hüququnu bir daha dəstəklədiklərini bildiriblər. Diplomatlar Yəmənin qanuni hökumətinə tam dəstək ifadə edərək, regionda gərginliyin azaldılması üçün diplomatik səylərin vacibliyini qeyd ediblər.
Görüşdə Fələstin məsələsi də diqqət mərkəzində olub. Tərəflər 1967-ci il iyunun 4-dək olan sərhədlər daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiklərini bir daha bəyan ediblər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş