Çinin Quansi bölgəsində 5,2 bal gücündə zəlzələ: minlərlə insan təxliyə edilib

1 Min Read

Çinin Quansi Çjuan Muxtar Rayonunda baş verən 5,2 bal gücündə zəlzələdən sonra 7 mindən çox insan təxliyə edilib. “Nanfang Ribao” qəzetinin məlumatına görə, hadisə nəticəsində üç nəfər itkin düşüb.

Məlumata əsasən, ən azı 13 evə ciddi ziyan dəyib, dörd nəfər isə xəstəxanaya yerləşdirilib. Təcili yardım xidmətləri hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

ÇXR Seysmoloji İdarəsi zəlzələ ilə bağlı dörd səviyyəli təcili yardım sistemində üçüncü səviyyəni aktivləşdirib. Birinci səviyyə isə ən yüksək xəbərdarlıq dərəcəsi hesab olunur.

Zəlzələ mayın 18-i gecə saatlarında qeydə alınıb. Seysmik aktivliyin episentri Liuzhou şəhərinin Lunnan qraflığı ərazisində yerləşib. Zəlzələnin 8 kilometr dərinlikdə baş verdiyi bildirilir. Liuzhou şəhərində 4 milyondan çox insan yaşayır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş