“RBC-Ukraine” agentliyinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirilən görüşdə tammiqyaslı müharibənin qış mövsümü başlamazdan əvvəl başa çatdırılmasını hədəflədiyini bəyan edib. Zelenski bu prosesdə Vaşinqtonun köməyinə ümid etdiyini vurğulayıb.
Donald Tramp öz növbəsində həm Ukrayna, həm də Rusiya liderinin müharibənin dayandırılmasında maraqlı olduqlarını qeyd edib. ABŞ dövlət başçısı münaqişənin həlli üçün vaxtın gəldiyini xüsusi vurğulayıb.
İzmedia.az
![]()

