Antonio Kosta Pezeşkianla görüşdə Yaxın Şərqdəki münaqişənin diplomatik həllinə çağırıb

1 Min Read
Avropa Şurasının Prezidenti Antonio Kosta Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb. Kosta görüşdən sonra bəyan edib ki, Avropa İttifaqı regionda gərginliyin azaldılması və münaqişənin müstəsna olaraq diplomatik yolla həll edilməsində israr edir.
Aİ rəhbəri sosial şəbəkə hesabında paylaşım edərək İran prezidenti ilə danışıqları “açıq və səmərəli” kimi qiymətləndirib. Kosta vurğulayıb ki, dialoqun alternativi yoxdur və bu, davamlı sülhə nail olmağın yeganə yoludur.
Görüş zamanı Avropa Şurasının rəhbəri Tehrana qonşu ölkələrə zərbələri dayandırmaq, Hörmüz boğazında gəmiçilik azadlığını tam bərpa etmək və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə tam əməkdaşlığı bərpa etmək barədə müraciət edib. O, Aİ-nin bütün diplomatik təşəbbüslərə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş