Ukrayna Prezidenti Volodimir Zelenskinin Nyu-Yorkda ABŞ Konqresinin üzvləri ilə görüşərək Moskvaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə etdiyi saatlarda Rusiya aviasiyası Kiyevə intensiv ballistik raket zərbələri endirib. Şəhərdə 20-dən çox güclü partlayış səsi eşidilib.
Kiyev meri Vitali Kliçko və dövlət başçısı Volodimir Zelenski hücumun əsasən mülki infrastrukturu — yaşayış binalarını, doğum evini, enerji və loqistika obyektlərini hədəf aldığını bildiriblər. İlkin məlumatlara görə, hücum nəticəsində azı iki nəfər həlak olub, bir neçə sakinin rendersiz dağıntılar altında qaldığı bildirilir. Odessada da tibb və təhsil müəssisələrinə zərbələr endirilib.
Zelenski Rusiyanın “ballistik terroru” davam etdirmək inamını qırmaq üçün Vaşinqtonu Ukraynaya əlavə raketdən müdafiə sistemləri tədarük etməyə və təcavüzkara qarşı sanksiya təzyiqlərini maksimuma çatdırmağa çağırıb. BMT Təhlükəsizlik Şurasında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskvanın hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını bəyan edib.
İzmedia.az
![]()

