İsrail HƏMAS-ın maliyyə strukturlarına cavabdeh olan rəhbər şəxsini məhv etdiyini açıqlayıb

1 Min Read
İsrail Müdafiə Qüvvələri (IDF) və “Şin Bet” Təhlükəsizlik Xidməti Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində HƏMAS-ın maliyyə şöbəsinin rəhbəri Məhəmməd Əbu Əlvanın öldürüldüyünü bəyan edib.
İsrail Baş Naziri Binyamin Netanyahu və Müdafiə Naziri İsrael Katsın birgə bəyanatında bildirilir ki, Əbu Əlvan uzun illər ərzində təşkilatın bütün qollarının büdcəsinin hazırlanmasında və maliyyə resurslarının idarə olunmasında əsas rol oynayıb. İsrail tərəfinin məlumatına görə, onun rəhbərliyi altında HƏMAS-ın fəaliyyətinin təmin edilməsi üçün 1 milyard şekeldən (təxminən 330 milyon dollar) çox vəsait köçürülüb.
Yerli tibb mənbələri Xan Yunisin qərb hissəsində hərəkətdə olan nəqliyyat vasitəsinə endirilən hava zərbəsi nəticəsində Əbu Əlvanla yanaşı daha bir nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını bildirib. İsrail rəhbərliyi HƏMAS-ın maliyyə mənbələrinə və komandir heyətinə qarşı əməliyyatların davam etdiriləcəyini vurğulayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş