Norveçli ekspert xəbərdarlıq edir: “Yaxın illərdə yeni dünya müharibəsi riski 50 faizdir”

1 Min Read
Norveç Dəniz Akademiyasının tədqiqatçısı Stale Ulriksen “Dagbladet” qəzetinə müsahibəsində Qərb ilə Rusiya və ya Çin arasında genişmiqyaslı hərbi münaqişə riskinin kritik həddə çatdığını bildirib. Ekspert xüsusilə növbəti üç il ərzində dünya müharibəsinə bənzər qlobal toqquşma ehtimalını 50 faiz qiymətləndirib.
Ulriksenin ssenarisinə görə, əsas qığılcım Çinin Tayvana oluna biləcək hərbi müdaxiləsi ilə başlaya bilər. Əgər ABŞ Tayvanı müdafiə etmək üçün bütün resurslarını Asiya-Sakit okean regionuna yönəltsə, Avropa amerikalıların birbaşa hərbi dəstəyindən məhrum qalacaq. Bu imkandan istifadə edə biləcək Rusiyanın 2030-cu ilə qədər — Avropa ölkələrinin tam silahlanma və müdafiəni gücləndirmə prosesi başa çatana qədər Baltikyanı ölkələrə zərbə endirmək riski mövcuddur.
Bununla belə, Norveç Baş naziri Yonas Qar Störe vəziyyəti qiymətləndirərkən ictimaiyyəti kütləvi panikaya düşməməyə çağırıb. Baş nazir müharibə qorxusunun həddindən artıq şişirdildiyini və hər addımda təhlükə axtarmağın yanlış olduğunu vurğulayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş