Ağ Ev “Politico”nu akkreditasiyadan məhrum etməsini əsaslandırmağa çalışıb — Əsas mənbənin vitse-prezident olduğu ortaya çıxıb

1 Min Read
ABŞ Prezidenti Donald Tramp administrasiyasının “Politico” nəşrini, həmçinin “CNN” və “MS NOW” kanallarını Ağ Evdən kənarlaşdırmaq qərarından sonra, rəsmi Vaşinqton bu addımı əsaslandırmaq üçün məhkəməyə müraciət məktubu təqdim edib. Administrasiya media qurumunu anonim mənbələrdən istifadə edərək “milli təhlükəsizliklə bağlı yalan məlumatlar yaymaqda” və peşəkar standartları pozmaqda günahlandırıb.
Ağ Ev tərəfindən “təhlükəsizliyi təhdid edən” altı məqalə arasında xüsusilə 2026-cı ilin iyun ayında işıq üzü görən və ABŞ-ın İranla razılaşma ehtimalını 80-85 faiz qiymətləndirən xəbər göstərilib. Lakin “Washington Post” qəzeti tərəfindən əldə edilən səs yazıları və açıqlanan sənədlər həmin anonim mənbənin elə vitse-prezident C.D. Vens olduğunu göstərib. Söhbətin Ağ Ev tərəfindən rəsmi təşkil olunduğu və jurnalistlərə mənbənin adını gizli saxlamaq şərtilə məlumat verildiyi məlum olub.
Ağ Ev rəsmilərinin özlərinin təşkil etdiyi və anonimlik tələb etdiyi brifinqdən istifadəyə görə nəşri akkreditasiyadan məhrum etməsi media ekspertləri və hüquqşünaslar tərəfindən kəskin tənqid olunub. Hazırda qərarla razılaşmayan “Politico”, “CNN” və “MS NOW” İkinci Düzəliş və Birinci Düzəliş hüquqlarının pozulduğunu bildirərək Administrasiyaya karşı birgə iddia qaldırıblar.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş