Ermənistan Hökumətinin sentyabrın 24-də keçirilən iclasında 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinə düzəlişlər qəbul edilib. Qərara əsasən, ölkə büdcəsinin gəlir hissəsi 65 milyon 302 min 800 dram (təxminən 180 min dollar) artırılıb.
Düzəlişlər çərçivəsində büdcə xərclərinin 37,4 milyon dram artırılması, büdcə kəsirinin isə 27,8 milyon dram azaldılması nəzərdə tutulur.
Hökumətdən bildirilib ki, gəlirlər hissəsindəki artım Küveyt və Qətər tərəfinin Ermənistanın bu ölkələrdəki səfirliklərinə ayırdığı maliyyə ianələri hesabına təmin olunub.
İzmedia.az
![]()

