J.D. Vance İranla memorandum üçün İsveçrəyə getməyəcək

1 Min Read

 

Ağ Ev açıqlayıb ki, ABŞ vitse-prezidenti J. D. Vance əvvəllər planlaşdırıldığı kimi İranla anlaşma memorandumu imzalamaq üçün İsveçrəyə səfər etməyəcək.

Ağ Evin sözçüsü bildirib ki, hazırda vitse-prezidentin bu gecə yola düşməsi nəzərdə tutulmur və növbəti addımlarla bağlı dəqiq məlumat olduqda ictimaiyyətə açıqlanacaq.

Prezident administrasiyası texniki danışıqların mümkün qədər tez başlamasını gözlədiklərini vurğulayıb.

Bildirilib ki, ABŞ nümayəndə heyəti danışıqlara başlamaq üçün hazır olsa da, təşkilati və logistik məsələlər hələ tam razılaşdırılmayıb.

Qeyd edək ki, İran və ABŞ arasında imzalanan memorandum çərçivəsində tərəflər İranın nüvə proqramı ilə bağlı 60 günlük texniki danışıqlar aparmağı planlaşdırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş