ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinin şərəfinə Ağ Evin Şərq zalında (East Room) təşkil edilən rəsmi dövlət ziyafətində çıxış edərək, qonaqları Cənub çəmənliyində inşası davam edən yeni rəqs zalının tikinti ərazisinə baxmağa dəvət edib.
Tramp Çin liderinə və xanımı Pen Liyuana xüsusi hörmət əlaməti olaraq pərdə arxasındakı tikinti sahəsini nümayiş etdirəcəyini və onların bu əraziyə qədəm qoyan ilk şəxslər olacağını bildirib. ABŞ dövlət başçısı obyektin tamamlanmasına təxminən bir il qaldığını və hazır olacağı təqdirdə ziyafətdə 150 deyil, 1000 qonağın iştirak edə biləcəyini vurğulayıb.
Vəzifəyə gəldikdən sonra Ağ Evdə genişmiqyaslı yenidənqurma işlərinə başlayan Tramp layihəyə böyük rəqs zalı ilə yanaşı, müasir sığınacaq, tibb mərkəzi, hərbi obyektlər, raketdən müdafiə sistemləri və pilotsuz uçuş aparatlarına qarşı mühafizə olunan strukturların daxil olduğunu qeyd edib.
İzmedia.az
![]()

