DPA agentliyinin Su Yolları və Naviqasiya İdarəsinə istinadən verdiyi məlumata görə, Almaniyanın Köln şəhərindəki əsas ölçmə stansiyasında Reyn çayının su səviyyəsi mütləq rekord həddə — 40 santimetrə qədər geriləyib.
Mütəxəssislər bildirirlər ki, vahid sıfır işarəsi olmadığı üçün müxtəlif stansiyalardakı göstəriciləri birbaşa müqayisə etmək mümkün deyil. Bununla yanaşı, gəmilərin hərəkət etdiyi naviqasiya kanalı sahil stansiyasındakı göstəricidən daha dərindir və Kölndə hazırda 1,11 metr təşkil edir.
Qeyd olunur ki, avqust ayından bəri Reyn və Avropanın digər əsas çaylarında müşahidə olunan kəskin quruma daxili gəmiçilik və yükdaşımalarda ciddi çətinliklər yaradıb.
İzmedia.az
![]()

