İran ABŞ-ın aviasiya sanksiyalarına görə BMT və Haaqa Məhkəməsinə şikayət edib

1 Min Read
İran aviasiya sektoruna qarşı tətbiq edilən ABŞ sanksiyalarının uçuşların ləğvinə səbəb olduğunu bildirərək Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət ünvanlayıb.
İranın rəsmi İRNA agentliyinin məlumatına görə, Mülki Aviasiya Təşkilatının rəhbəri Əbuzər Şirudi aviasiya sənayesinin qanuni hüquqlarını müdafiə etmək və ABŞ-ın tətbiq etdiyi qanunsuz məhdudiyyətlərə qarşı çıxmaq üçün Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmi etiraz ərizəsi təqdim edildiyini bildirib. Şirudi həmçinin Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə də iddia qaldırıldığını əlavə edib.
Bu addım ABŞ-ın cari ayın əvvəlində İranın aviasiya sənayesinə qarşı yeni məhdudiyyətlər tətbiq etməsi və İran aviaşirkətləri ilə əməkdaşlıq edəcək beynəlxalq qurumlara xəbərdarlıq etməsindən sonra atılıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş