İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna növbəti aviazərbələr endirib

1 Min Read
İsrail döyüş təyyarələri Livanın cənubundakı Meyfadun və Zavtar əl-Şərqiyyə yaşayış məntəqələri arasındakı ərazini hədəf alaraq növbəti hava hücumu həyata keçirib. Hücum nəticəsində tələfatın olub-olmaması və dəyən ziyanın miqyası barədə hələlik dəqiq məlumat verilmir.
Bölgədə hərbi gərginliyin artması iyun ayında Vaşinqtonda İsrail və Livan arasında imzalanmış çərçivə sazişinə baxmayaraq davam edir. Sazişin şərtlərinə əsasən, İsrail ordusunun mərhələli şəkildə ərazidən çıxarılması və İran tərəfindən dəstəklənən “Hizbullah” qruplaşmasının tərksilah edilməsi şərtilə Livan ordusunun cənub bölgəsində yerləşdirilməsi nəzərdə tutulur.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş