Livanda Məryəm Ana heykəlini təhqir etdiyi iddia olunan iki İsrail əsgəri həbs edilib

1 Min Read

Associated Press (AP) agentliyinin məlumatına görə, Livanda Məryəm Ana heykəlini təhqir etdiyi iddia edilən iki İsrail əsgəri həbs olunub.

Məlumata əsasən, əsgərlərdən biri heykəlin ağzına siqaret qoyub, digəri isə həmin görüntünü lentə alıb. Hadisədən sonra hər iki hərbçi barəsində intizam tədbiri görülüb.

Şəkildə görünən əsgərin 21 gün, görüntünü çəkən digər əsgərin isə 14 gün hərbi həbs cəzası alacağı bildirilib.

İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsü Ariella Mazor hadisənin ordu tərəfindən ciddi qarşılandığını vurğulayıb.

O, “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib ki, İsrail ordusu din azadlığına, dini ayinlərə və bütün dinlərin, eləcə də icmaların müqəddəs simvollarına hörmətlə yanaşır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş