Səudiyyə Ərəbistanı Yanbu limanından neft nəqlini bərpa edib

1 Min Read
Səudiyyə Ərəbistanı Husi üsyançılarının hücumundan sonra zədələnən Şərq-Qərb neft boru kəmərinin fəaliyyətini bərpa edərək Qırmızı dənizdəki Yanbu limanından xam neft yüklənməsinə yenidən başlayıb.
“TankerTrackers.com” şirkətinin peyk görüntülərinə əsasən, Yanbu və Əl-Müəcciz terminallarında artıq 10 milyon barelə yaxın xam neft tankerlərə yüklənib. “Reuters” agentliyinin mənbələri isə ötən həftədən bəri Yanbudan gündəlik orta hesabla 2 milyon barel neft yola salındığını bildirir.
“Kpler” analitik şirkətinin qiymətləndirməsinə görə, boru kəmərinin hazırkı ötürmə gücü gündəlik 2,65 milyon barel təşkil edir və yaxın günlərdə bu göstəricinin 3-4 milyon barelə çatacağı gözlənilir. Bununla belə, boru kəmərinin hücumdan əvvəlki gündəlik 5,5 milyon barellik tam gücünə qayıtması üçün təxminən bir ay vaxt tələb olunacaq. Yanbu limanından nəqlin bərpası Hörmüz boğazındakı gərginlik fonunda qlobal neft təchizatındakı kəsiri azaltmağa xidmət edəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş