Qəzzaya endirilən zərbə nəticəsində HƏMAS komandirinin öldüyü təsdiqlənib

0 Min Read
HƏMAS-ın silahlı qanadının Şimal briqadasının komandiri İzzəddin əl-Bik İsrail ordusunun Qəzza şəhərindəki bir mənzilə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Fələstin mənbələrinin “Al Jazeera”ya verdiyi məlumata görə, Əl-Bik müharibə dövründə öldürülən Əhməd əl-Qandurun yerinə keçərək “Qəssam Briqadaları”nın həmin bölməsinə rəhbərlik edirdi.
Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu və Müdafiə naziri İsrael Kats da HƏMAS komandirinin zərərsizləşdirildiyini bəyan etmişdilər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş