İranın keçmiş diplomatı Hadi Əfqahi bildirib ki, Tehran Hörmüz boğazının yenidən açılması ilə bağlı təqdim etdiyi yeddi günlük plana Vaşinqtonun verəcəyi cavabı bəyanatlar vasitəsilə deyil, rəsmi vasitəçi tərəfindən gözləyir.
“Al Jazeera”ya müsahibə verən Əfqahi vurğulayıb ki, İranın mövqeyi Donald Tramp və ya Marko Rubionun bəyanatlarından asılı deyil. O, Nyu-Yorkdakı İran nümayəndə heyətinin bütün addımlarını vasitəçi tərəflə əlaqəli şəkildə atdığını diqqətə çatdırıb: “Bəyanatlar başqa şey deyir, lakin pərdəarxasında mövcud fərqlilikləri aradan qaldırmaq üçün intensiv səylər göstərilir”.
Keçmiş diplomat əlavə edib ki, əsas məqsəd danışıqların tamamilə dayanması deyil, daha münasib tarixə təxirə salınmasıdır. O, dialoqun gələcəkdə Nyu-Yorkdan ərəb və ya Avropa paytaxtlarından birinə keçə biləcəyini və Tehranın öz tələblərində qətiyyətli qaldığını bildirib.
İzmedia.az
![]()

