İspaniyanın “El Mundo” qəzetinin verdiyi məlumata görə, Barselonada fəallar ölkədə kəskinləşən mənzil böhranına diqqət çəkmək üçün şəhərin mərkəzi “Plaça Catalunya” meydanında çadırlar qurublar.
Sosial şəbəkələr vasitəsilə təşkil edilən aksiyanın iştirakçıları hakimiyyətdən layiqli və əlçatan mənzil hüququnun təmin olunmasını tələb edirlər. Kataloniyadakı etirazlar təcrübəli kirayəkeş olan yaşlı bir qadının 70 ildir yaşadığı mənzildən çıxarılmasından sonra İspaniyanın müxtəlif şəhərlərində baş qaldıran nümayişlərin tərkib hissəsidir. Sentyabrın 26-da Madriddə də yüzlərlə insanın iştirakı ilə analoji çadır aksiyası keçirilmiş, sonradan mülkiyyətçi şirkətlə əldə olunan razılığa əsasən qadının evinə qayıtmasına şərait yaradılmışdı.
Son illərdə İspaniyada daşınmaz əmlak və kirayə bazarında qiymətlər nəzarətsiz şəkildə artmaqdadır. RTVE-nin yaydığı göstəricilərə görə, pandemiyadan əvvəlki dövrlə müqayisədə ölkədə evlərin satış qiyməti 35%, kirayə haqqı isə 43% yüksəlib. Mütəxəssislər bunu bazarda artan tələbata qarşı yeni mənzil fondunun çatışmaması ilə əlaqələndirirlər.
İzmedia.az
![]()

