İsrailin Qəzza şəhərinə hava zərbələri: Avtomobil və mənzil hədəf alınıb

1 Min Read
İsrail ordusu Qəzza şəhərinin Tal əl-Hava məhəlləsində şimaldan cənuba doğru hərəkət edən “Volkswagen” markalı mülki avtomobili hədəf alıb. Hücum nəticəsində ən azı 5 nəfər həlak olub.
Hadisə yerinə gələn tibb işçilərinin verdiyi məlumata görə, yaralıların vəziyyəti ağır qiymətləndirilir. Səhiyyə infrastrukturunun illərlə davam edən blokada və hücumlar səbəbindən sıradan çıxması səbəbindən yaralıların həyatını xilas etmək çətinləşib. Həkimlər ölənlərin sayının artacağını istisna etmirlər.
Həmçinin günün birinci yarısında Qəzzada mənzillərdən birinə endirilən zərbə nəticəsində 21 yaşlı gənc həyatını itirib. Bölgədə gərginliyin yüksək səviyyədə qalması humanitar vəziyyəti daha da ağırlaşdırır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş