İsrail Ali Məhkəməsi ərəb partiyalarının seçkilərdən kənarlaşdırılması qərarına baxır

1 Min Read
İsrail Ali Məhkəməsində ölkədəki ərəb azlığın əsas siyasi qüvvələrinin oktyabrın 27-də keçiriləcək parlament seçkilərindən kənarlaşdırılması haqqında qərara dair dinləmələr başlayıb.
Sentyabrın 26-da Mərkəzi Seçki Komitəsi iki əsas blokun – “Hadaş”, “Balad” və “Taal” partiyalarının birləşdiyi “Birgə Siyahı” və “Birləşmiş Ərəb Siyahısı”nın (Raam) seçkilərdə iştirakına qadağa qoyub. Həmçinin, ərəb-yəhudi “Hadaş” partiyasının yəhudi əsilli deputatı Ofer Kassif və fələstin yönümlü “Balad” partiyasının lideri Sami Əbu Şehadeh şəxsi namizəd kimi seçkilərdən kənarlaşdırılıblar.
Əbu Şehadenin namizədliyinin ləğvi üçün müraciət edən ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben Qvir iddiaları dəstəkləmək üçün şəxsən məhkəmə iclasına qatılıb. Qərar qüvvədə qalarsa, İsrailin Fələstin mənşəli vətəndaşları parlamentdə əsas nümayəndəliklərindən məhrum olacaqlar.
Qeyd edək ki, İsrail Ali Məhkəməsi əvvəlki seçkilərdə də ərəb partiyalarını və siyasətçilərini diskvalifikasiya etmək cəhdlərini ləğv edərək onların iştirakına şərait yaratmışdı.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş