Xorrəmabadda hücumlar nəticəsində 6 nəfər ölüb, 43 nəfər yaralanıb

1 Min Read

İran İslam Respublikasının qərbindəki Lorestan əyalətinin Xorrəmabad şəhərində yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində ən azı altı nəfər həlak olub, 43 nəfər yaralanıb.

İzmedia.az xəbər verir ki , yerli hakimiyyət orqanlarının məlumatına görə, ölənlərin sayının artması mümkündür.

NourNews agentliyinin sitat gətirdiyi qubernator müavini bildirib:

“Bu gün saat 00:30-da düşmənin Xorrəmabad şəhərinin şimalındakı bir neçə yaşayış binasına endirdiyi hava hücumu nəticəsində 6 nəfər həlak olub, 43 nəfər xəsarət alıb. Təəssüf ki, bu hücum nəticəsində dörd yaşayış binası dağılıb və bir çox binaya ziyan dəyib.”

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş