Qüds Qubernatorluğunun “Al Jazeera”ya verdiyi məlumata görə, ötən şənbə günündən başlayan yəhudilərin Sukkot bayramı ərzində 10 mindən çox israilli köçkün işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinin ərazisinə basqın edib.
Məlumata görə, İsrail hakimiyyət orqanları son üç ay ərzində yerli fələstinli sakinlərin məscid kompleksinə girişini məhdudlaşdırmaq və ya qadağan etmək məqsədilə 80-dən çox rəsmi xəbərdarlıq və əmr verib.
Kütləvi daxilolmaların davamı olaraq, bu gün səhər saatlarında da böyük qruplar halında israilli köçkünlərin polis müşayiəti ilə kompleksin ərazisinə daxil olduğu bildirilir.
İzmedia.az
![]()

