Donald Tramp özünün Truth Social hesabında bildirib ki, ABŞ “çox təsirli rejim dəyişikliyinə məruz qaldığını” düşündüyü İran ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.
Tramp qeyd edib ki, uranın zənginləşdirilməsinə icazə verilməyəcək və ABŞ İranla birlikdə yeraltı nüvə obyektlərinin tam şəkildə aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcək. Onun sözlərinə görə, bu ərazilər əvvəldən etibarən peyk nəzarəti altında olub və vəziyyət dəyişməz qalır.
O əlavə edib ki, tərəflər arasında tariflər və sanksiyaların aradan qaldırılması ilə bağlı danışıqlar davam edir və 15 maddəlik planın böyük hissəsi artıq razılaşdırılıb.
Bundan qısa müddət sonra Tramp yeni paylaşımında xəbərdarlıq edib ki, İrana hərbi silah tədarük edən istənilən ölkəyə qarşı sərt tədbirlər görüləcək. Onun sözlərinə görə, belə ölkələrdən ABŞ-a ixrac olunan bütün mallara 50 faiz həcmində tarif tətbiq ediləcək və bu qərarda heç bir istisna nəzərdə tutulmur.
İzmedia.az
![]()

