Estoniya Rusiya və Belarus taxılının tranzitini qadağan edib

1 Min Read

 

Estoniya hökuməti Rusiya və Belarus mənşəli taxıl məhsullarının ölkə ərazisindən tranzit daşınmasına qadağa qoyub. “Reuters” agentliyinin verdiyi məlumata görə, Estoniyanın xarici işlər naziri Marqus Tsaxna rəsmi Tallinnin Rusiyanın təcavüzkar siyasətini dəstəkləməyəcəyini bəyan edib.
“Rusiya işğalçılıq müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək etməyimizi gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsinə və ya təcavüzü davam etdirməsinə kömək etməyəcəyik”, – deyə nazir bildirib.
Ukraynanın hərbi əməliyyatları fonunda Azov və Qara dəniz marşrutları üzrə tədarükün məhdudlaşması səbəbindən Baltikyanı ölkələr Rusiya üçün alternativ tranzit dəhlizinə çevrilmişdi. “SovEcon” analitik şirkətinin baş direktoru Andrey Sizovun qiymətləndirməsinə görə, Baltik limanları vasitəsilə daşımalar sentyabr ayında 60 faiz artaraq 0,4 milyon tona çatıb.
Eyni zamanda Latviya da oxşar addımlar atmağa hazırlanır. Baş nazir Andris Kulberqs hökumətin Rusiya və Belarusdan gələn taxıl idxalına 300 faizlik gömrük tarifi tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Qərarın oktyabrın 3-də keçiriləcək parlament seçkilərindən sonra Seym tərəfindən təsdiqlənməsi gözlənilir. Riqa bu istiqamətdə Tallinn və Vilnüslə birgə koordinasiyalı mövqedən çıxış edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş