İsrail təhlükəsizlik qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Kafr əd-Dik şəhərində reyd keçirərək fələstinli bir kişini iki oğlu ilə birgə saxlayıb. Bu barədə Fələstinin “Wafa” rəsmi xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hərbçilər səhər tezdən şəhərə daxil olaraq Məcdi əl-Dikin evində axtarış aparıb, mənzili dağıdaraq onu və oğullarını həbs ediblər.
Agentlik əlavə edib ki, İsrail qüvvələri eyni zamanda hərbi patrul avtomobilləri və piyada dəstələri ilə Tammun şəhərinə də basqın təşkil ediblər. Çoxlu sayda evdə axtarış aparılsa da, həmin ərazidə heç bir həbs faktı qeydə alınmadan qoşunlar geri çəkilib.
İzmedia.az
![]()

