Tramp Con Kolu Girov Məsələləri üzrə Xüsusi Nümayəndə vəzifəsinə namizəd göstərib

1 Min Read
ABŞ Prezidenti Donald Tramp özünün Belarus üzrə xüsusi nümayəndəsi olan tanınmış vəkil Con Kolu (John Coale) ABŞ Prezidentinin Girov Məsələləri üzrə Xüsusi Nümayəndəsi vəzifəsinə diplomatik səfir statusu ilə namizəd göstərdiyini elan edib.
Dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edərək xüsusi elçisinin humanitar sahədəki diplomatik uğurlarını yüksək qiymətləndirib: “Görkəmli hüquqşünas və Belarusdakı xüsusi elçim kimi müstəsna nailiyyətlər əldə etmiş Con Koulun Prezidentin Girov Məsələləri üzrə Xüsusi Nümayəndəsinin missiyasına rəhbərlik edəcəyini və səfir statusu alacağını elan etməkdən məmnunam”.
Tramp qeyd edib ki, son bir il ərzində Kolun vasitəçiliyi sayəsində ABŞ və müttəfiq ölkələrin 65-dən çox vətəndaşının Belarusdan təhlükəsiz geri qaytarılması təmin olunub. Həmçinin onun apardığı danışıqlar nəticəsində Şərqi Avropanın bir sıra ölkələrindən 800-dən çox siyasi məhbusun azad edilməsi barədə razılıq əldə olunub.
Con Kol bu postda indiyədək 196 girovun azad olunmasına rəhbərlik etmiş Adam Böleri (Adam Boehler) əvəz edəcək. Böler isə administrasiyada baş müşavir qismində fəaliyyətini davam etdirəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş