ABŞ-ın “SpaceX” şirkətinin rəhbəri İlon Mask süni intellekt texnologiyaları üzrə fəaliyyət göstərən “SpaceXAI” brendinin adının dəyişdiriləcəyini bəyan edib. İlon Mask “X” sosial şəbəkəsində istifadəçilərdən birinin sualını cavablandırarkən “Bəli, biz belə bir dəyişiklik edəcəyik” deyə bildirib.
Bu qərar ABŞ Prezidenti Donald Trampın rəsmi sənədlərdə və ictimai kommunikasiyalarda “süni intellekt” (artificial intelligence) termininin “ali intellekt” (supreme intelligence) ifadəsi ilə əvəz olunmasını tələb edən son sərəncamından sonra qəbul edilib.
Xatırladaq ki, sentyabrın 25-də Vaşinqtonda Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi görüşdən sonra açıqlama verən Donald Tramp “ali intellekt” ifadəsinin müasir texnologiyaların potensialını daha dəqiq ifadə etdiyini bildirmiş və müvafiq terminoloji fərman imzalamışdı.
İzmedia.az
![]()

